» » Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq

Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq

Bölmə: Dünya
Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq




Bu gün Stokholmda ABŞ ilə Şimali Koreya arasında danışıqlar başlanacaq.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, ABŞ və Şimali Koreya hökumətləri oktyabrın 5-də Stokholmda Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsinə dair danışıqlara başlamaq niyyətindədirlər.

Bu günlərdə ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqunu və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndələrini İsveç Xarici İşlər Nazirliyinin binası yanında görüblər. Şimali Koreya nümayəndə heyətinə bu ölkənin Vyetnamdakı keçmiş səfiri Kim Men Gil rəhbərlik edir. O, nüvəsizləşdirmə məsələsi üzrə danışıq aparanların rəhbəri təyin edilib.

Xatırladaq ki, ABŞ və Şimali Koreya liderləri, habelə iki ölkənin səlahiyyətli nümayəndələri arasında əvvəlki görüşlərdə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsində ciddi irəliləyiş əldə edilməyib. Bununla belə, müəyyən razılaşmalar əldə edilib və danışıqları davam etdirmək qərara alınıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler