» » “Mən axmağam?” -

“Mən axmağam?” - Zelenski iclasda məmuru işdən çıxardı+Video

Bölmə: Dünya, BLOK XƏBƏR
“Mən axmağam?” -





Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Maliyyə Xidmətinin rəhbəri vəzifəsini icra edən Aleksandr Vlasovun istefasını tələb edib.

“Xalqinfo” xəbər verir ki, buna məmurun saxtakarlıq etməsi səbəb olub.

Belə ki, bir müddət əvvəl Vlasov bir neçə gömrük məmurunu qanun pozuntusuna görə işdən uzaqlaşdıracağını bildirib. Daha sonra isə feysbuk səhifəsində artıq onları işdən çıxardığını qeyd edib.

İclas zamanı bunu Vlasova xatırladan Zelenskinin sözlərinə görə, həmin məmurlar sənədlərdə işdən çıxarılmış yox, məzuniyyətə çıxmış kimi göstərilir: “Siz hesab edirsiniz ki, mən axmağam, doğrudan?”

Zelenski bu səbəbdən Aleksandr Vlasovun istefa verməsini tələb edib. Vlasov isə Prezidentin tələbinə elə bu gün əməl edəcəyini bildirib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler