» » Tramp İranı açıq şəkildə təhdid etdi:

Tramp İranı açıq şəkildə təhdid etdi: "Qarşılığı ağır olar"

Bölmə: Dünya, BLOK XƏBƏR
Tramp İranı açıq şəkildə təhdid etdi:




ABŞ prezidenti Donald Tramp İranın hər hansı bir addım atması qarşılığında cavablarının ağır olacağını bildirib.
Musavat.com xəbər verir ki, D.Tramp bu sözləri Ağ Evdə Macarıstanın baş naziri Viktor Orban ilə görüşündə deyib.

İranla ABŞ arasındakı gərginliyin necə sonlanacağını zaman keçdikcə görəcəyini deyən Donald Tramp İran hökumətini bir daha düşünməyə çağırıb. O, İranın son aylardakı addımlarını təhdidkar adlandırıb. Ötən həftə də Ağ Evdə verdiyi açıqlamada üstüörtülü İranı təhdid edən D.Tramp daha sonra yeni nüvə razılığı əldə olunmasından yana olduğunu demişdi.



Son məlumatlara görə isə İran nüvə silahının hazırlanmasını sürətləndirəcəyi və amerikalı hərbçilərə hücum edəcəyi təqdirdə, Yaxın Şərqə 120 minə qədər hərbçi göndərə bilər.



Daha sonra D.Tramp iyun ayında Yaponiyada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin ilə görüşəcəyini deyib. Donald Tramp Rusiyaya qarşı ən çox sərt olan ABŞ prezidenti olduğunu da dilə gətirib.Çin ilə də ticarət əlaqələri haqqında önəmli görüşmələrin keçiriləcəyini deyən D.Tramp bu görüşlərin məhsuldar keçməsini istədiyini də deyib.

Qeyd edək ki, ABŞ ilə İran arasında Tehranın nüvə proqramı ilə bağlı razılaşmaya dair bəzi öhdəliklərin icrasını dayandıracağını bəyan etməsinə görə gərginlik yaşanır. İran prezidenti bildirib ki, Avropa ölkələrinə danışıqlar üçün 60 gün vaxt verirlər. Bu müddət barədə məlumat Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiyaya çatdırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler