» » ABŞ Gürcüstanda seçkiqabağı yol verilən qanun pozuntularından narahatdır

ABŞ Gürcüstanda seçkiqabağı yol verilən qanun pozuntularından narahatdır

Bölmə: Dünya
ABŞ Gürcüstanda seçkiqabağı yol verilən qanun pozuntularından narahatdır




ABŞ Gürcüstanda namizədlərin seçkiqabağı kampaniyalarının təşkilindəki qanun pozuntularından narahatdır.



Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert deyib.

“ATƏT və beynəlxalq müşahidəçilərin qanunsuz təşviqatın tərkib hissəsi kimi dövlət resurslarından sui-istifadə halları ilə bağlı narahatlıqlarını bölüşürük. ABŞ Gürcüstanı müşahidəçilər tərəfindən göstərilən nöqsanların aradan qaldırılmasına çağırır.”, - Noyert bildirib.



Qeyd edək ki, prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52 faiz səs toplayaraq Gürcüstanın yeni prezidenti seçilib.



Xatırladaq ki, AŞPA Gürcüstanda seçkiqabağı borcların silinmə vədini qınayıb. Qurumun Gürcüstana ezam edilən müşahidə missiyasının almaniyalı rəhbəri Andrey Qunko seçkilərin gedişi və qiymətləndirilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, seçkilər yaxşı təşkil olunsa da, ikinci raund müşahidə missiyasının bir çox üzvlərində narahatlıq yaradıb: “Xüsusən də, bu, siyasi subyektlərin həddən artıq maliyyələşdirilməsi və büdcə xərclərilə, həmçinin, seçkilərdən əvvəl baş nazirin Gürcüstan vətəndaşlarının pul borclarının ləğv ediləcəyilə bağlı bəyanatı ilə əlaqədardır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler