» » İraqda 200-dən çox kütləvi məzarlıq tapılıb -

İraqda 200-dən çox kütləvi məzarlıq tapılıb - BMT açıqladı

Bölmə: Dünya
İraqda 200-dən çox kütləvi məzarlıq tapılıb -
İŞİD terror qruplaşmasının nəzarəti altında olan İraq regionlarında kütləvi məzarlıqlar aşkarlanıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının hazırladığı hesabatda deyilir. Hesabatda qeyd edilir ki, BMT mütəxəssisləri İraq hökumətinin məlumatına əsaslanaraq 202 kütləvi qəbir yerlərini sənədləşdiriblər.

Onların əksəriyyətinin Naynava, Kərkük, Salah-ad-din və Ənbar əyalətlərində yerləşdiyi qeyd edilir. Həmin yerlərdə ümumilikdə 6000-dən 12 000-ə qədər qurbanın basdırıldığı ehtimal edilir. Basdırılanlar arasında qadınlar, uşaqlar, yaşlılar, iraqlı hərbçi və polislər də var.

“Bu məzarlar İŞİD ideologiyasına əməl etməyən və bu səbəbdən amasızlıqla qətlə yetirilənlərin, həmçinin etnik və dini azlıq nümayəndələrinin qalıqlarından ibarətdir. Onların ailələrinin sevdiklərinin başına nə gəldiyini bilməyə haqqı var” deyə BMT-nin İnsan Haqları üzə ali komissarı Mişel Baçelet bildirib.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler