» » İranda etirazlar: ABŞ və İsrail bayraqları yandırıldı

İranda etirazlar: ABŞ və İsrail bayraqları yandırıldı

Bölmə: Dünya
İranda etirazlar: ABŞ və İsrail bayraqları yandırıldı
İranda ABŞ-ın Tehrandakı səfirliyinə basqının 39-cu ildönümü münasibətilə hadisənin baş verdiyi keçmiş səfirlik binası qarşısında nümayişlər keçirilib.

Xalqinfo.az xəbər verir ki, nümayişlərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri və bir sıra siyasi və hərbi rəsmilər qatılıb. Nümayişçilər Vaşinqton, Təl-Əviv və Ər-Riyad əleyhinə şüarlar səsləndirib, ABŞ və İsrail bayraqları yandırılıb.

Qeyd edək ki, Tehrandakı ABŞ səfirliyinə 1979-cu ilin 4 noyabrında özlərini “İmamın yolundakı tələbələr” adlandıran minlərlə silahlı şəxs tərəfindən hücum edilib. Nəticədə 52 diplomat 444 gün ərzində girov saxlanılıb. Girovlar yalnız 1981-ci ilin yanvarın 20-də azad edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler