» » ABŞ-ın jest edəcəyi 8 ölkədən biri Türkiyədir? -

ABŞ-ın jest edəcəyi 8 ölkədən biri Türkiyədir? - Rəsmi

Bölmə: Dünya
ABŞ-ın jest edəcəyi 8 ölkədən biri Türkiyədir? -
ABŞ hökuməti Avropadan olan müttəfiqlərinin təzyiqi sayəsində İrana qarşı mövqeyini yumşalda bilər.

Axar.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Fri Bekon” qəzeti yayıb. Məlumata görə, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli əməkdaşları Mayk Pompeonu İranın SWIFT sistemində qalmağına razı sala biliblər. Sanksiyaların yumşaldılması məsələsinə əsas lobbiçiliyi İranla əlaqələrinin kəsilməsini istəməyən Avropa Birliyi ölkələrinin etdiyi açıqlanıb.

Qəzet hökumətin İran məsələsində güzəştə getmək istəklərinin Tehrana qarşı sərt mövqe sərgiləyən konqresmenlərin narazılığına səbəb olduğunu qeyd edib.

Qeyd edək ki, Ağ Evin Çin, Cənubi Koreya və Hindistana İran neftini almaq imkanı yaradacağı da bildirilmişdi.

***

İrana qarşı 5 noyabrdan qüvvəyə minəcək sanksiyalardan 8 ölkə müvəqqəti olaraq azad ediləcək.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.

Qeyd edilir ki, İrana qarşı sanksiya siyahısında 700 nəfərin adı yer alıb.

Sanksiya siyahısına düşməyəcək ölkələr - Çin, Yaponiya, Hindistan və Cənubi Koreyadır. Digər 4 ölkənin adi isə hələlik bəlli deyil.

***

Türkiyə də ABŞ-ın İrana qarşı sanksiyalarından azad olacaq ölkələr arasındadır.

Bu açıqlama ilə Türkiyənin Enerji və Təbii Ehtiyatlar naziri Fateh Dönməz çıxış edib.

"Türkiyənin sanksiyalardan azad ediləcək ölkələr arasında olduğunu bilirik. Ancaq detallar barədə məlumatımız yoxdur", - Dönməz söyləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler