» » Təhlükəsizlik Xidməti və DİN-dən xüsusi əməliyyat -

Təhlükəsizlik Xidməti və DİN-dən xüsusi əməliyyat - radikallar həbs olundu

Bölmə: Dünya
Təhlükəsizlik Xidməti və DİN-dən xüsusi əməliyyat -
Rusiya Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Dağıstanda xüsusi əməliyyat keçirib.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı radikal hücrənin rəhbəri və 4 üzvü saxlanılıb.

Bildirilir ki, 2013-cü ildə Baqavudin Omarov "Ət-Takfir vəl-Hicrə” adlı ektremist qruplaşmanın hücrəsini yaradıb.

"O, əhali arasında Rusiya və ölkə konstitusiya əleyhinə təbliğat aparıb. Həmçinin insanları hücrəyə dəvət etmə, onların dini baxışlarına təsir göstərmə, digər dinlərin nümayəndələrinə qarşı nifrət aşılamaq kimi fəaliyyətlərə başçılıq edib”, - deyə məlumatda bildirilib.

Əməliyyat zamanı hücrəyə aid xeyli dini ədəbiyyat da müsadirə edilib.

Baqavudin Omarova qarşı radikal dini fəaliyyətin təşkili ilə bağlı cinayət işi qaldırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler