» » Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Ərdoğan Qaşıqçının ailəsinə başsağlığı verdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda qətlə yetirilən səudiyyə ərəbistanlı jurnalist Camal Qaşıqçının ailəsinə başsağlığı verib.

Xalqinfo.az “Posta”ya istinadən xəbər verir ki, prezident Qaşıqçının ailəsinə telefonla zəng edərək onun ölümünə görə dərin üzüntü içərisində olduğunu bildirib. Ərdoğan Qaşıqçı cinayətinin araşdırılmasını yaxından izləyəcəyini və həqiqətin üzə çıxması üçün hər bir şeyin ediləcəyini deyib.

Jurnalistin oğlu Abdullah Qaşıqçı və ailə üzvləri ilə danışan prezident mərhuma Allahdan rəhmət, ailəsinə isə səbr diləyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler