» » İsraildən Rusiyaya “S-300” cavabı - “Bizim təyyarələrimizi müəyyən edə bilməzlər”

İsraildən Rusiyaya “S-300” cavabı - “Bizim təyyarələrimizi müəyyən edə bilməzlər”

Bölmə: Dünya
İsraildən Rusiyaya “S-300” cavabı - “Bizim təyyarələrimizi müəyyən edə bilməzlər”





İsrail regional əməkdaşlıq naziri Çaxi Haneqbi Rusiyanın Suriyaya “S-300” hava hücumundan müdafiə kompleksi göndərməsi ilə bağlı danışıb.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, o, hərbi bazalarının çox güclü olduğunu bildirib və “S-300”dən çəkinmədiklərinə işarə edib.

Haneqbi qeyd edib ki, İsrail dünyada radardan yayınan ən yaxşı gözəgörünməz təyyarələrə sahibdir:

“Rusiyanın “S-300” sistemi bizim təyyarələrimizi müəyyən edə bilməz”.

Xatırladaq ki, ötən ay Rusiyaya məxsus “İl-20” təyyarəsinin Aralıq dənizində vurulmasından sonra Suriyaya “S-300” və 49 müxtəlif hərbi cihaz göndərilib. Rusiya müdafiə naziri Sergey Şoyqu qeyd edib ki, rus hərbiçilərin Suriyadakı təhlükəsizliyini artırmaq üçün qabaqlayıcı tədbirlər davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler