» » İraq Tehrandakı səfirini geri çağırır

İraq Tehrandakı səfirini geri çağırır

Bölmə: Dünya
İraq Tehrandakı səfirini geri çağırır
İraqın Tehrandakı səfiri Raca əl-Musəvi müzakirələr üçün Bağdada çağırılıb. Bununla bağlı qərarı İraqın xarici işlər naziri İbrahim əl-Cəfəri verib.

Xalqinfo.az xəbər verir ki, bununla bağlı NEWSru.co.il məlumat yayıb.

Məlumata əsasən, geri çağırılma heç də İranla diplomatik münaqişə deyil, internetdə yayımlanan videoyazı olub.

Al-Musəvi Tehranda keçirilmiş konfransın natiqlərindən biri olub. Onun çıxışı zaldakı İraq vətəndaşları tərəfindən yarımçıq dayandırılıb. Onlar səfiri ölkədəki çətin vəziyyətdə ittiham edib. Diplomat onları təhqir etməyə başlayıb.

“XİN vətəndaşlara qarşı hörmətsizlikdən və səfirin məsuliyyətsiz davranışları ilə əlaqədar təəssüfləndiyini bildirir. Araşdırma başlanılıb və lazımi tədbirlər görüləcək”, - nazirliyin bəyanatında bildirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler