» » 150 min toyuq məhv ediləcək:

150 min toyuq məhv ediləcək: Quş Qripi Niderlandda

Bölmə: Dünya
150 min toyuq məhv ediləcək:Niderlanddakı quşçuluq fabrikində quş qripinin çox yoluxucu növü aşkar olunandan sonra Avropa Komissiyası təcili qoruyucu tədbirlərini müzakirə edəcək.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, xəstəliyi ehtiva etməyin yollarına baxmaq üçün bazar ertəsi komissiya təcili iclas keçirəcək.

Niderland hökuməti deyib ki, H5N8 növlü quş qripi insanlara da keçə bilər.
Hakimiyyət Hekendorp kəndində yerləşən yoluxmuş fermadakı 150 000 toyuğu məhv etməyə başlayıb.

"Quş qripinin bu qədər çox patogenik variantı quşlar üçün çox təhlükəlidir", - deyə Niderland hökumətinin bəyanatında bildirilir.

Niderland İqtisadiyyat Nazirliyi deyib ki, insanlar yalnız yoluxmuş quşlarla çox yaxın əlaqədə olandan sonra yoluxa bilərlər.

Hakimiyyət bütün ölkədə quş əti və yumurtaların daşınmasına üç günlük qadağa qoyub.

150 min toyuq məhv ediləcək:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler