» » NATO Rusiyanı mühasirəyə alır

NATO Rusiyanı mühasirəyə alır

Bölmə: Dünya
NATO Rusiyanı mühasirəyə alırŞimali Atlantika Alyansı Rusiya sərhədlərinin yaxınlığında silahlı qüvvələrinin sayını artırır.

Xalqinfo.az anspress-ə istinadən bildirir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bildirib.

“Artıq sərhəd kənarlarında daha çox patrul uçuşları edilir. Biz Şərqi Avropaya daha çox hərbi hissələr keçiririk. Həmçinin çevik reaksiya güclərinin hazırlığını artırırıq”, - deyə NATO baş katibi Almaniyanın “Bild” jurnalına bildirib.

Bununla yanaşı, Stoltenberq sanmır ki, dünya yeni soyuq müharibənin astansındadır. Ancaq onun sözlərinə görə, Qərb artıq Rusiyaya etibar etmir.

“Rusiya Avropanın təhlükəsizlik arxitekturasının əsas dəyərlərini məhv elədi”, - deyə NATO baş katibi bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler