» » 16-cə əsrə aid xəzinə tapıldı

16-cə əsrə aid xəzinə tapıldı

Bölmə: Dünya
16-cə əsrə aid xəzinə tapıldı
Özbəkistanın Səmərqənd vilayətinin İştıxan rayonunda tikinti zamanı 16-cə əsrə aid hind mis sikkələrindən ibarət nadir xəzinə aşkar edilib.

İlkin tədqiqatlara görə taplıan 206 mis sikkə 1573-1600-cı illər arasında Hindistanın Lahor, (O vaxtlar bu şəhər Hindistanın ərasizində olub) Əhmədabad və Faxeşpur şəhərlərində zərb edilib. Bu illər isə Baburun nəvəsi Böyük Əkbərin oğlu Humayunun hakimiyyəti dövrünə təsadüf edir. Hazırda Pakistanın ərazisi olan Lahor Böyük Əkbərin hakimiyyəti dövründə dövlətin paytaxtı idi. Səmərqənd və Buxaradan gedən memar və inşaatçılar Lahorun tikintisində aparıcı rol oynayıb, pulların da məhz onlar tərəfindən gətirildiyi iddia edilir.

Hazırda bu nadir xəzinə Özbəkistan Elmlər Akademiyasının Arxeologiya İnstitunun əməkdaşları tərəfindən araşdırılır.

AzərTAc

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler