» » ABŞ xəfiyyələri BƏƏ-də: İrana qarşı şəbəkə yarandı

ABŞ xəfiyyələri BƏƏ-də: İrana qarşı şəbəkə yarandı

Bölmə: Dünya
ABŞ xəfiyyələri BƏƏ-də: İrana qarşı şəbəkə yarandıBirləşmirş Ərəb Əmirlikləri Körfəzdə casus imperatorluğu qurmaq üçün ABŞ-ın keçmiş agentləri ilə razılaşıb.

Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın“Foreign Policy” jurnalı çıxış edib. Məqalədə hədəfin İran və Müsəlman Qardaşları təşkilatı ilə əlaqəli müxaliflər olduğu qeyd olunub.

ABŞ agentlərinin Əbu Dabidə lüks villalardan birində BƏƏ nümayəndələrinə kəşfiyyat təlimləri verdiyi və xidmət müqabilində BƏƏ-nin sözügedən agentlərə külli miqdarda pul ödədiyi bildirilir. Jurnala danışan mənbələrdən biri təlimlərdəki əsas şəxsin keçmiş kəşfiyyatçı Lari Sançez olduğunu deyib.

Qeyd edək ki, Lari Sançez MKİ ilə Nyu York Polis Təşkilatı arasında müsəlman şübhəliləri terakt cəhdi olmadan həbs etməklə bağlı proqram başlatması ilə tanınır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler