» » Qadınlarla danışan hərbçilər Ağ Evdən uzaqlaşdırıldı

Qadınlarla danışan hərbçilər Ağ Evdən uzaqlaşdırıldı

Bölmə: Dünya
Qadınlarla danışan hərbçilər Ağ Evdən uzaqlaşdırıldı
ABŞ prezidenti Donald Trampın Asiya ölkələrinə səfəri zamanı onun hərbi personalının üç əməkdaşı qadınlarla danışdıqları üçün vəzifələrindən kənarlaşdırılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə "Vaşinqton Post"a etibarlı mənbə bildirib.

Tramp Vyetnmda olarkən küçəyə çıxma qadağası olan üç hərbçi qaydaları pozublar. Hərbçilər Ağ Evdəki görəvlərindən uzaqlaşdırılmaqla bərabər, barələrində araşdırma aparılır.

Pentaqonun sözçüsü Mark Vrayt faktı təsdiqləyib.

Xatırladaq ki, 2012-ci ildə Barak Obamanın Kolumbiya səfəri zamanı məxfi idarənin 13 əməkdaşı otelə seks xidmətçilərini dəvət etdikləri üçün vəzifələrindən uzaqlaşdırılmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler