» » Nüvə düyməsi Trampdan alına bilər -

Nüvə düyməsi Trampdan alına bilər - “O, sabit və dərrakəli deyil”

Bölmə: Dünya
Nüvə düyməsi Trampdan alına bilər -
ABŞ Konqresi prezident Donald Trampın nüvə silahını tətbiq edilməsi ilə bağlı səlahiyyətinin əlindən alınması haqqında müzakirələrə başlayıb. Əslində bu məsələ 40 ildir ki, qanunverici orqanda qapalı müzakirə mövzusudur.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın indiki prezidentinin öngörülməz davranışları senatorları ciddi olaraq düşündürməyə vadar edib. Onlar Ağ Evin indiki rəhbərindən hər hərəkəti, o cümlədən nüvə raketlərini buraxmağı əmr etməsini gözlədiklərini söyləyirlər.

ABŞ-ın keçmiş müdafiə naziri Bill Perri hətta indiki müdafiə naziri Ceym Mettisin belə D. Trampı durdura bilməyəcəyini söyləyir.

Perri “Politico” saytına verdiyi müsahibədə müdafiə nazirinin bu məsələdə yalnız məsləhət verə bilmək səlahiyyətinin olduğunu bildirib.

Bu həftənin ikinci günü ABŞ Senatının Beynəlxalq münasibətlər üzrə komitəsində “Nüvə silahının tətbiq olunması haqqında əmr verilməsi ilə bağlı səlahiyyət” adı altında xüsusi iclas keçirilib. Qeyd olunur ki, ABŞ Senatında mövzu ilə bağlı məsələ sonuncu dəfə 1976-cı ildə, prezident Cerald Fordun zamanında qaldırılıb.

“Biz ABŞ prezidentinin qeyri-sabit, öngörülməz olduğunu , habelə onun qərarların qəbul edilməsi prosesinə donkixot sayağı yanaşdığını, və buradan irəli gələrək istənilən an nüvə zərbəsini endirmək haqqında əmr verə biləcəyini düşünürük. Bütün bunlar ABŞ-ın milli təhlükəsizlik maraqlarına qəti ziddir.” - deyə, respublikaçı senator Kris Merfi bəyan edib.

Iclasda iştirak edən ekspertlərrdən biri, ABŞ Strateji komandanlığının keçmiş rəhbəri general Robert Keler Birləşmiş Ştatların prezidentinin nüvə zərbəsi haqqında əmrlərinə yalnız qanuni olduğu halda tabe ola biləcəyini söyləyib: “Hərbçilər hər əmri kor-koranə icra etmirlər”.

Digər ekspert, Dyuk universitetinin professoru Piter Fiver isə prezidentin müvafiq qərarının bu işlə bağlı bütün səviyyələr üzrə mütəxəssislərin rəyindən sonra verə biləcəyini vurğulayıb. “Prezident elə özbaşına düyməyə basıb raketləri havaya qaldıra bilməz”, ekspert-alim bildirib.

Fiverin sözləri Massaçussets ştatından olan demokrat senator Edvard Marke tərfindən şübhə ilə qaşrılanıb: “Mən hansısa generalın belə bir qərarı qəbul etmiş prezidenti firkindən daşındıracağını güman etmirəm”.

Lakin bəzi ekspertlər Konqresin silahlı qüvvələrin ali baş komandanının hərbi xarakterli əmrlər verməsinə qarışmasını doğru saymırlar.

“Prezidenti nüvə silahının işə salmaq haqqında əmr vermək səlahiyyətindən və bunu üçün digər yüksək vəzifəli şəxslərin rəyinin alınması zərurəti tamamilə yanlışdır”, ABŞ Müdafiə nazirinin keçmiş müavini Brayan Makkeon qeyd edib.

Qeyd olunur ki, prezidentin nüvə silahından istifadə etməsi ilə bağlı Konstitusiyada əks olunan müddəalar hələ soyuq müharibə illərində işlənib hazırlanıb. Həmin dövrdə bu SSRİ-nin hücum etməsi halında ABŞ-ın mümkün qədər tez reaksiya verməsi üçün hesablanmışdı.

Lakin D. Tramp hakimiyyətə gələndən bu yana belə bir hüququn dövlət başçısının əlindən alınması bağlı israrlı təkliflər çoxalıb. Elə ABŞ prezidenti də onlara çoxlu əsas verir. Məsələn D. Tramp BMT Baş Assambleyasının iclasında hər kəsin gözü önündə, Şimali Koreyaya qarşı nüvə silahı tətbiq oluna biləcəyini və “ABŞ-ın Şimali Koreyanı tamamilə məhv edəcəyini” açıq şəkildə söyləməkdən çəkinməyib.

Trampın bu cür çıxışları onu əvvəl dəstəkləyən nüfuzlu siyasətçiləri belə qıcıqlandırıb. Məsələn vaxtilə prezidentə yaıxn sayılan senator Bob Korker D. Trampı Ağ Evdəki işinə realiti-şou kimi baxdığını söyləyib.

Bütün bunlara rəğmən ekspertlər ABŞ prezidentinin əlindən yuxarıda bəhs ounan səlahiyyətin alınması məsələsi elə komitələr daxilində məsləhətləşmələrdən o yana getməyəcəyini düşünürlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler