» » Saakaşvilinin oğlu hava limanında saxlanıldı

Saakaşvilinin oğlu hava limanında saxlanıldı

Bölmə: Dünya
Saakaşvilinin oğlu hava limanında saxlanıldı
Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Kiyev aeroportunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə elə Saakaşvilinin özü Feysbuk hesabında məlumat yayıb.

“2 saat əvvəl 11 yaşlı oğlum və onu mühafizə edən Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşı Borispol Hava Limanında saxlanılıblar. Mənim yanıma gələn həmin əməkdaş rəsmi olaraq xidmət başındadır. Onların sənədləri yerindədir. Lakin səbəb göstərilmədən onları xüsusi otaqda saxlayırlar. Məsələni araşdırmaq üçün hava limanına gedirəm”, - eks-prezident bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Mixail Saakaşvili Ukraynada leqal yaşamaq üçün rəsmi sənəd almışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler