» » Ərdoğanla Putin arasında təkbətək görüş yekunlaşdı

Ərdoğanla Putin arasında təkbətək görüş yekunlaşdı

Bölmə: Dünya, BLOK XƏBƏR
Ərdoğanla Putin arasında təkbətək görüş yekunlaşdı
Rusiya prezidenti Vladimir Putin Türkiyədə səfərdədir.

Xalqinfo.az TRT-yə istinadən xəbər verir ki, Ankarada Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Suriya, İraq və regional məsələlərin müzakirə ediləcəyi bildirilib.

Bundan başqa, Türkiyənin almaq istədiyi “S-400” raket kompleksi və İraq Kürd Regional Hökumətinin keçirdiyi referendum barədə də məsləhətləşmələr aparılacaq.

***

Ərdoğan Putini Ankarada dövlət iqamətgahında qarşılayıb.

Daha sonra iki lider iqamətgaha daxil olaraq görüşə başlayıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar yekunlaşıb.

Xalqinfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, prezidentlər arasında görüş təxminən 1,5 saat davam edib. Prezidentlər iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Suriya münaqişəsi barədə müzakirələr aparıblar. Hazırda danışıqlar geniş tərkibli heyətlə davam etdirilir.
Müzakirə olunan məsələlərlə bağlı görüşün sonunda keçirilən mətbuat konfransında açıqlama veriləcək.

Ərdoğanla Putin arasında təkbətək görüş yekunlaşdı
Ərdoğanla Putin arasında təkbətək görüş yekunlaşdı

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler