» » Çin dünyanın ən sürətli qatarını hazırlayır

Çin dünyanın ən sürətli qatarını hazırlayır

Bölmə: Dünya
Çin dünyanın ən sürətli qatarını hazırlayır
Çinin Aerokosmos Elm və Sənaye Korporasiyası sürəti saatda 4 min kilometrə çatan qatar hazırlamağı planlaşdırır.

Xalqinfo.az "Trend" istinadən xəbər verir ki, “HyperFlight” qatarının ərsəyə gətirilməsində 20-yə yaxın Çin və xarici şirkət iştirak edəcək.

Layihənin 3 mərhələdə reallaşdırılması nəzərdə tutulur.

Birinci mərhələdə saatda 1000 kilometr sürətlə hərəkət edən regional qatarlar işə salınacaq. İkinci mərhələdə saatda 2000 kilometr sürətlə hərəkət edən qatarlar ölkənin iri meqapolislərini birləşdirəcək.

Üçüncü mərhələdə isə “HyperFlight” qatarlarının Çin hüdudlarından kənara çıxmağı nəzərdə tutulur.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler