» » Terrorda hansı ölkə vətəndaşları zərər çəkib -

Terrorda hansı ölkə vətəndaşları zərər çəkib - Frans-Press

Bölmə: Dünya
Terrorda hansı ölkə vətəndaşları zərər çəkib -
Barselonada 13 nəfərin ölümü ilə nəticələnən terror aktı zamanı 18 ölkənin vətəndaşı xəsarət alıb.

Teleqraf.com “Frans-Press” agentliyinə istinadla xəbər verir ki, zərərçəkənlərin Fransa, Almaniya, İspaniya, Niderland, Argentina, Venesuela, Belçika, Avstraliya, Macarıstan, Peru, Şimali İrlandiya, Yunanıstan, Kuba, Makedoniya, Çin, İtaliya, Rumıniya və Əlcəzairdən olduğu bildirilir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

Son məlumatlara görə, xəsarət alanların sayı 119 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxs yük maşınını insanların üzərinə sürüb, nəticədə 13 nəfər ölüb. Terror aktını törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb. İŞİD terror qruplaşması Barselonada törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler