» » "Mandelanın "qardaşım" dediyi insanı öldürdünüz" -

"Mandelanın "qardaşım" dediyi insanı öldürdünüz" - Zaxarova

Bölmə: Dünya
"Mandelanın "qardaşım" dediyi insanı öldürdünüz" -
Barak Obama Nelson Mandelanın mərhum Liviya lideri haqqında yazdıqlarını oxusun.

Axar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Barak Obamanın 3 milyon bəyənmə toplayan tvitini şərh edərkən deyib.

Zaxarova Nelson Mandelanın Müəmmər Qəzzafi haqqında söylədiyi bir çox fikri paylaşaraq Obamanın mütləq həmin fikirlərə öz Tvitter səhifəsində yer verməli olduğunu bildirib.

“Heç bir ölkə bütün dünyada jandarm rolunu oynamağa iddia, heç bir ölkə başqa bir ölkəyə nə etməli olduğunu diktə edə bilməz. Dünənə qədər bizim düşmənlərimizin dostu olanlar bu gün mənə qardaşım Qəzzafini ziyarət etməməyi məsləhət görüblər. Onlar bizə nankor olmağı və dostlarımızı unutmağı tövsiyə edirlər”, - Zaxarova Nelson Mandelanın 1997-ci ildə Liviya lideri haqqındakı çıxışından sitat gətirib.

XİN sözcüsü Barak Obamanın məşhur tvitinə müraciət edərək istehzalı şəkildə bunun gecikmiş olsa da, əla başlanğıc olduğunu deyib.

“Cənab Obama, sizin birbaşa iştirakınızla Nelson Mandelanın "qardaşım" dediyi və demokratiyanın qələbəsi üçün təşəkkür etdiyi şəxs öldürüldü. Əsl demokratiya, Oval kabinetdə uydurulmuş yox...” - Zaxarova bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler