» » 3 universitetin lisenziyası ləğv edildi

3 universitetin lisenziyası ləğv edildi

Bölmə: Dünya
3 universitetin lisenziyası ləğv edildi
Bir həftə ərzində Rusiyada üç ali təhsil müəssisəsi və bir filialın lisenziyası tamamilə ləğv edilib.

Publika.az xəbər verir ki, Rusiyanın Federal Elm və Təhsil sahəsinə nəzarət xidmətinin mətbuat katibliyinin yaydığı məlumata görə, cari ildən Moskva Beynəlxalq Sosial-Humanitar Əlaqələr İnstitutu, Samara Biznes və İdarəetmə İnstitutu və Vladimir Biznes İnstitutuna tələbə qəbulu dayandırılıb.

Bununla yanaşı dövlət tərəfindən Lipetsk İqtisadi-Hüquq İnstitutunun Boronej filialının lisenziyasının ləğv olunmasına dair sənəd imzalanıb.

Rusiyanın Təhsil nazirliyi tərəfindən hazırda institutlarda təhsil alan tələbələrin təhsil müəssisələrini müvəffəqiyyətlə bitirdiklərini təsdiq edən diplomun verilməsinə və hərbi xidmətə çağırış müddətinin uzadılmasına zəmanət verilmir.

Lisenziyası ləğv edilən təhsil müəssisələrinin bütün filialları və bölmələri rəsmi şəkildə ləğv olunmuş sayılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler