» » ABŞ-ın sanksiyaları həqiqətən bir işə yarayırmı?

ABŞ-ın sanksiyaları həqiqətən bir işə yarayırmı?

Bölmə: Dünya
ABŞ-ın sanksiyaları həqiqətən bir işə yarayırmı?
Ekspertlərin rəyinə görə, doğru-düzgün tətbiq edilsə, sanksiyalar qorxulu silaha çevrilə bilər

ABŞ prezidenti Donald Tramp böyük ürək ağrısı ilə Rusiyaya qarşı sanksiyaları imzaladı. Bu o deməkdir ki, Ağ Ev yeni qanunun müddəalarını icra etmək öhdəliyini öz üzərinə götürmüş oldu.

Yeni qanunun (ABŞ Konqresində bu H.R. 3364 saylı qanunu olaraq keçir-red.) əsas xüsusiyyəti onun maddələrinin müvəqqəti deyil, daimi xarakter daşımasıdır. Konqres bununla Ağ Evə qəti olaraq Krımı Rusiyanın tərkibində tanımağı qadağan etdi. Halbuki Tramp seçkiqabağı çıxışlarında əks ehtimalı istisna etmirdi.

İndi hər kəsi yeni sanksiyaların həqiqətən bir işə yarayıb-yaramayacağı düşündürür. Putinin ölkənin müdafiə naziri ilə tətil fotoları göstərir ki onun geri addım atmaq niyyəti yoxdur.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, siyasi ekspertlər sanksiyaların heç bir kompromisə yol verilmədən, ardıcıl və prinsipial surətdə tətbiq olunması halında əsl effekt verə biləcəyini dilə gətirirlər.

Bunu ən azı İran və Kuba nümunələrindən görmək olar.

2000-ci illərin başlanğıcında Birləşmiş Ştatlar, BMT və Avropa Birliyi İranı nüvə proqramından vaz keçirmək üçün sanksiyalar tətbiq etdi. Bu münaqişə tərəflərini müharibə vəziyyətinə qədər gətirdi. 2012-ci ildə isə İran İslam Respubikasına qarşı sanksiyalar daha da gücləndirildi.
Sanksiyaların İran iqtisadiyyatına vurduğu dəhşətli zərbə Tehran rəhbərlyini danışıqlar masasına otrumağa məcbur etdi. 2013-cü ildə hakimiyyətə gələn liberal yönümlü Həsən Ruhani 2015-ci ilin iyul ayında “İran nüvə proqramının dinc xarakterinin təmin edilməsi üzrə birgə tam həcmli müqavilə”ni imzaladı.

İran həmin müqavilə ilə hərbi atomdan vaz keçməyi və beynəlxalq müşahidəçiləri ölkəyə buraxmağı, qarşı tərəf isə islam respublikası üzərindən sanksiyaları götürməyi qəbul etdi.

İran öz suverenliyinə olduqca həssas yanaşan bir ölkədir. Nüvə silahı isə Tehran rejimi üçün daha çox simvolik xarakter daşıyırdı. Görünür, Tehranda atom silahını iqtisadi rifaha qurban verməyin lazım olduğunu başa düşdülər.

Bu da əbəs yerə deyildi. Ruhaniyə qədər İranın ÜDM-i 6% aşağı düşmüşdü. Keçən il isə İran iqtisadiyyatı 7%-lik artım göstərib. Bundan başqa, Ruhani hökuməti 2013-cü ildəki 40%-lik inflyasiyanı 7,5%-ə qədər endirməyi bacarıb.

Doğrudur, daha sonra ABŞ Senatı nəinki sanksiyaları götürməkdən vaz keçdi, hətta əlavə sanksiyaların tətbiq olunması haqqında qərar qəbul etdi. Lakin bütövlükdə İranla bağlı situasiyanı sanksiya siyasətinin ən uğurlu nəticələrindən biri hesab etmək olar.

Eyni sözləri Kuba haqqında da söyləmək mümkündür. ABŞ “Azadlıq adasına” hələ 60-cı illərdən sanksiya tətbiq edir.

Doğrudur, Kubaya qarşı sanksiyaların Kastro rejimini diz çökdürə bilmədiyi göz qarşısındadır. Lakin sanksiyaların təsirsiz ötüşdüyünü də söyləmək olmaz. Kuba hökumətinin hesablamalarına görə, 1961-ci ildən bu yana ABŞ sanksiyalarının ölkə iqtisaidyyatına vurdğu zərər 975 milyard dollar təşkil edir. Hər halda Fidel Kastronun vəfatından sonra onun yerinə gələn qardaşı Raul Kastro Vaşinqtonla bağlı siyasi kursu yumşaltdı və nəticədə iki ölkə arasında diplomatik münasibətlər bərpa olundu. Gələcəkdə Kubada demokratik islahatlar yolu ilə rejim dəyişikliyi baş versə, bunu da sanksiyaların uğurlu təsirinin ayağına yazmaq mümkün olacaq.

“Sanksiyalar Rusiyanın neft və qaz sektoruna milyardlarla zərbə vurmaq üçün olduqca əlverişlidir. Bu gün sanksiyalar güc mövqeyindən aparılan oyun qaydasının mərkəzi elementi kimi çıxış edir”,- The Guardian yazır.

Əgər Ağ Ev Rusiyaya qarşı da eyni qərarlılığı nümayiş etdirsə Kreml tutduğu mövqelərdən geri çəkilməyə məcbur qala bilər.

Lakin Tramp iqtidarı bu məsələyə istəksiz yanaşsa və lazımı iradə nümayiş etdirilməsə sanksiyalar ABŞ üçün güc vasitəsindən daha çox problemə çevrilə bilər.

ABŞ-ın sanksiyaları həqiqətən bir işə yarayırmı?
ABŞ-ın sanksiyaları həqiqətən bir işə yarayırmı?

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler