» » Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Bölmə: Dünya
Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
Qüdsdə İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu vasitələr “Əl-Aksa” məscidinin girişində aşkarlanıb.

Məlumata görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler