» » Hindistanda yeni prezident seçildi

Hindistanda yeni prezident seçildi

Bölmə: Dünya
Hindistanda yeni prezident seçildi
Hindistanda bazar ertəsi günü keçirilən prezident seçkilərinin nəticələri açıqlanıb.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, seçkinin nəticələrinə əsasən, Hindistan Xalq Partiyasının namizədi Ram Natx Kovind ölkənin yeni prezidenti olub.

Səslərin 65,65 faizini toplayan Kovind ölkənin 14-cü prezidenti olub. Onun rəqibi Meyra Kumar isə 34,3 faiz səs toplayıb.

71 yaşlı Kovind Hindistanın 14-cü, “toxunmazların” aşağı kastasından – “dalitlər”dəndir. O, 16 il Dehlinin Ali Məhkəməsi və ölkənin Ali Məhkəməsində vəkil işləyib və 2015-ci ilin avqustunda Bihar ştatına qubernator təyin edilib. Kovind İslam əleyhinə olan Milli Könüllülər Birliyinə yaxınlığı ilə də tanınır.

Qeyd edək ki, hazırki Prezident Pranab Mukercinin səlahiyyətləri iyulun 24-də başa çatacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler