» » Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəlib

Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəlib

Bölmə: Dünya
Monqolustanda prezident seçkilərində müxalif namizəd qalib gəlib
Monqolustanda prezident seçkilərinin ikinci turunda müxalif Demokrat Partiyasının namizədi Haltmaagiyn Battulqa qalib gəlib.

Xalqinfo.az xəbər verir ki, səslərin 99,94%-nin hesablanmasından sonra Ali Seçki Komitəsi tərəfindən açıqlanmış rəqəmlər bunu deməyə əsas verir.

Bildirildiyinə görə, Battulqa səslərin 50,6%-ni toplaya bilib. Bu isə seçkidə iştirak etmiş 601 min 541 seçicinin səsi deməkdir. Monqolustan Xalq Partiyasının namizədi Miyeeqombın Enxbold cəmi 496 min 940 səs (41,2%) toplaya bilib. Yerdə qalan bülletenlər boş qalıb.

Seçkilərin yekun nəticələri səslərin 100%-i hesablandıqdan sonra açıqlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler