» » Quru əməliyyatı an məsələsidir -

Quru əməliyyatı an məsələsidir - Hədəflər müəyyən edildi

Bölmə: Dünya
Quru əməliyyatı an məsələsidir -
Türkiyə Suriyanın Afrin bölgəsində quru əməliyyatı keçirəcək.

Xalqinfo.az “Haber7” saytına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri YPG (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı qolu - red.) terror təşkilatının nəzarəti altında olan Afrində əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

2014-cü il yanvarın 24-dən Afrinə nəzarət edən YPG bu müddət ərzində müxtəlif nöqtələrdən Türkiyə ərazisinə 17 dəfə atəş açıb. YPG silahlılarının Hələbdən qaçan və Türkiyəyə keçmək istəyən insanlara atəş açması, yaxud da onlardan xərac alması Ankaranın səbrini daşıran son hadisə olub. Türkiyə terror təşkilatının hücumlarının qarşısını almaq üçün bölgədə quru əməliyyatının keçirilməsi barədə qərar qəbul edib. Bu istiqamətdə hazırlıq 38 gün əvvəl başlanıb.
Rusiya ilə ikinci dəfə qarşı-qarşıya gəlmək istəməyən Ankara son 12 gündə 9 dəfə Moskva ilə danışıqlar aparıb. Türkiyə Rusiya əsgərlərinin əməliyyatdan əvvəl bölgədən çəkilməsi istiqamətində əhəmiyyətli məsafə qət edib.

Rusiyanın diplomatik mənbələrin verdiyi məlumata görə, Afrin əməliyyatdan sonra təhlükəsiz bölgə olacaq. Burada Türkiyə və Rusiya hərbiçilərinin birgə təhlükəsizliyini təmin edəcəyi İdlib modeli tətbiq olunacaq.

Əməliyyatın ən az 70 gün davam etməsi gözlənilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler