» » Ukraynada daha bir terror:

Ukraynada daha bir terror: 1 ölü, 4 yaralı

Bölmə: Dünya
Ukraynada daha bir terror:
Donetsk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşının olduğu avtomobil partladılıb. Nəticədə xüsusi xidmət orqanlarının 1 əməkdaşı ölüb, 4-ü yaralanıb.

"Xalqinfo"nun məlumatına görə, bu barədə BBC-yə UTX-nin mətbuat katibi Yelena Qitlyanskaya bildirib. Onun sözlərinə görə, hücum terror aktı kimi kvalifikasiya olunur.

Ukrayna KİV-in yaydığı məlumata görə isə olay Donetsk vilayətinin Konstantinov rayonunda baş verib. Yaralılar əks-kəşfiyyat departamentinin əməkdaşlarıdır. Olayı Ukrayna Hərbi Prokuroruğu araşdırır.

Qeyd edək ki, dünən Kiyevdə içərisində Ukrayna Müdafiə Nazirliyinin Baş kəşfiyyat idarəsinin əməkdaşı, polkovnik Maksim Şapovalın olduğu avtomobil partladılıb. Nəticədə o həlak olub.

Ukraynada daha bir terror:

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler