» » Dünyanın ən azad ölkəsi İslamı niyə qadağan etdi?

Dünyanın ən azad ölkəsi İslamı niyə qadağan etdi?

Bölmə: Dünya, BLOK XƏBƏR
Dünyanın ən azad ölkəsi İslamı niyə qadağan etdi?
İsveçrənin İslam qadağası radikal islamçılara qol-qanad verəcək

İsveçrə Milli Məclisi ölkə ərazisində İslam təşkilatlarının fəaliyyətini yasaqlayan qanun layihəsini yekdilliklə qəbul edib. Ölkənin Ədliyyə Nazirliyinin təsdiqindən sonra oktyabrın 9-dan qüvvəyə minən qanun İsveçrə ərazisində bütün İslam təşkilatlarının fəaliyyətini qadağan edir. Qanun ölkədə fəaliyyət göstərən bütün İslam qurumlarını, o cümlədən iqtisadi, humanitar yardım təşkilatlarını da əhatə edir. Qanuna tabe olmayan şəxs və ya təşkilatların rəhbərləri 3 ildən artıq həbs cəzası alacaq.

Qeyd edək ki, İsveçrədə daha əvvəl də İslam dini ilə bağlı qadağalar tətbiq olunub. 2009-cu il noyabrın 29-da bu ölkədə məscidlərin minarələrinin tikintisini qadağan edən qanun qəbul olunub. Referendum nəticəsində alınan qərara əsasən məscidlərdə minarələr yasaqlanıb. O zaman yerli sağçı partiyanın fəalları minarələrin şəriətin simvolu olduğunu və bunun İsveçrə demokratiyası ilə bir araya sığmadığını iddia ediblər.

İndi isə Avropanın mərkəzi ölkəsi, demokratiyanın beşiyi olan ölkədə İslamla bağlı qurumlar rəsmən qadağan olunub. Bu qərarın ortaya çıxmasından son illərdə Yaxın Şərqdə İslam adına radikal terrorçuluğun geniş yayılması və Avropa ölkələrindən insanların İraq və Suriyadakı radikal islamçı qruplara cəlb olunması amili dayanır. Bu günlərdə açıqlanan hesabatlara əsasən Almaniyada son dövrlərdə İslama münasibət pisləşib və Avropanın digər ölkələrində olduğu kimi, İspaniyada da məscidlərə hücumlar qeydə alınır.

Bütün bunların səbəbi təbii ki, İslamın təhrif olunması, dinin terror fəaliyyətlərinə, siyasi müharibələrdə alət kimi istifadə olunması və bunun nəticəsində müsəlman dünyasında qızışan savaşlara Avropadan yüzlərlə insanın qatılmasıdır. Ancaq radikal qadağalar bu tendensiyanın qarşısını alacaqmı? İndi əsas sual budur. Yasaqlar nəyə xidmət edəcək? Radikal İslamın qarşısının alınması yasaqlarla mümkün olacaqmı? Təbii ki, indi İsveçrə siyasətçiləri bu sualın cavabını bilmirlər.

Amma ortada bu təcrübə var. Özü də nə qədər qəribə də olsa bu təcrübə ilk dəfə müsəlman ölkələrində tətbiq olunub. İran şahı İslam dini fəaliyyətlərinin qarşısını almaq üçün sərt yasaqlara əl atdı, dini qurumlar qapadıldı, fəallar həbsə atıldı. Amma son nəticə Şah üçün baha başa gəldi. Bunun ən parlaq nümunəsini Misir yaşadı. Misirdə Camal Əbdül Nasir əsrin əvvəllərində yaranmış daha çox siyasi-ideoloji cərəyan olan “Müsəlman Qardaşlar” (İxvan əl-Muslimun) Hərəkatını qadağan etdi və fəallarını həbsxanaya saldırdı.

Nəticədə təşkilat içərisində radikal fikirlər geniş yayılaraq son nəticədə dünyanı təhdid edən terror təşkilatlarının əsasını qoydu. “əl-Qaidə”nin indiki lideri Əyman əl-Zəvahiri məhz “ixvan”ın radikal qanadının üzvlərindəndir. Bu cür misallar çoxdur. Təcrübə göstərir ki, dini fəaliyyətlərlə bağlı qadağalar əks təsir yaradaraq radikalizmə qol-qanad verir. Dini fəaliyyətlərə qadağa bir qayda olaraq əks effekt verir.

Bu mənada Avropanın ən azad ölkəsinin İslam təşkilatlarına qoyduğu qadağanın hansısa nəticəsindən danışmaq olmaz. Əksinə, bu İsveçrənin beynəlxalq imicinə ziyan gətirəcək, bu ölkəni radikal qrupların hədəfinə çıxaracaq. Ən mühümü isə, radikalizmə qarşı ən böyük zərbə ola biləcək həqiqi İslam dəyərlərinin təbliğinə mane olacaq. Son illərin təcrübəsi göstərdi ki, radikal dini fəaliyyətlərə qarşı ən gözəl mübarizə yolu həqiqi İslam dəyərlərinin təbliğ olunmasıdır. Bu işləri isə ən gözəl şəkildə yalnız İslami qurumlar, təhsil, xeyriyyə cəmiyyətləri edə bilər. Bu qurumların qadağan edilməsi İsveçrədə müsəlmanlar arasında radikalizmə meyli artıracaq. Necə ki yuxarıda bununla bağlı acı təcrübələrdən bəzilərini qeyd etmişik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler