» » 27 mərtəbəli binadakı dəhşətli yanğının səbəbi bilindi:

27 mərtəbəli binadakı dəhşətli yanğının səbəbi bilindi: 6 nəfər ölüb - Yenilənir + Foto + Video

Bölmə: Dünya
27 mərtəbəli binadakı dəhşətli yanğının səbəbi bilindi:
Londonda 150 mənzilli 27 mərtəbəli binadakı yanğının səbəbi məlum olub.

Xalqinfo.az xəbər verir ki, ilkin ehtimallara görə, yanğına səbəb 2-ci mərtəbədəki evdə soyuducunun partlaması olub. Binanın xarici plastik materialla örtüldüyü üçün yanğın qısa müddətdə sürətlə binaya yayılıb.

Rəsmilərin verdiyi məlumata görə, ən az 6 nəfərin həyatını itirdiyi dəqiqləşib.

Ölənlərin sayının artcağı bildirilib.

***

Son məlumatlara görə, xəsarət alanların sayı 50-yə çatıb.

***

Hadisə zamanı yanan binada olan sakinlərdən biri özünün tviter hesabında yanğın barədə paylaşım edib.

Xalqinfo.az "Mirror"a istinadən xəbər verir ki, tviter sosial şəbəkəsində @rsryz adlı istifadəçi tərəfindən edilən paylaşımda binanın alovlardan "cəhənnəmə çevrildiyi" qeyd edilib.

Qız bir-birinin ardınca bu paylaşımları edib:

"Yanğın çox güclüdü. Evdən çıxa bilmirəm. Tüstüdən boğulacam".

"Bloka çıxa bildim. İndi nə edəcəyimi bilmirəm".

"İnsanlar özlərini pəncərədən tullayır. Dəhşəti. Binadan çıxa bilmirəm".

Son olaraq həmin hesabdan "Hər şey qaydasındadır. Mən yaxşıyam" yazısı paylaşılıb.

***

Hadisə zamanı binada 600 nəfərə yaxın insan olub. Binanın ikinci mərtəbəsindən başlayan yanğının səbəbləri hələ də məlum deyil.

Yanğınsöndürənlər tərəfindən binadakı əhali təxliyyə edilsə də, hadisə şahidləri yanğın zamanı bina sakinlərinin pəncərlərdən tullandığını görüblər.

Polislər hadisə zamanı ölənlərin olduğunu bildirsə də, hələ dəqiq say məlum deyil.

27 mərtəbəli binadakı dəhşətli yanğının səbəbi bilindi:

BİNANIN İNDİKİ GÖRÜNTÜSÜ

***

İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.

Xəstəxanadan verilən məlumata görə, hadisə nəticəsində 30 nəfər tüstüdən zəhərlənib.

Hadisə şahidlərinin sözünə görə, yanğın zamanı 1 nəfər özünü binadan atıb. Hələlik heç bir cəsəd tapılmadığı üçün 1 nəfərin öldüyünə dair ehtimallar var.

***

Londonun qərbində, Latimer Road səmtində dəhşətli yanğın hadisəsi qeydə alınıb.

Xalqinfo.az xəbər verir ki, Londonda 27 mərtəbəli bina alovlar içində qalıb. İkinci mərtəbədən başlayan yanğın qısa müddətdə bütün binanı ələ alıb.

Hadisə yerinə 200-ə yanğın söndürən və təcili tibbi yardım briqadası çağrılıb.

Binada çoxsayda insan olduğu bildirilib. Yanğın zamanı bir neçə nəfər özünü binadan ataraq faciəli şəkildə ölüb.

Binanın çökmə təhlükəsi olduğu üçün ətrafda gücləndirilmiş təhlükəsizlik sistemləri qurulub.

Binadan xilas edilən vətəndaşlar tüstüdən zəhərləndikləri üçün xəstəxanaya yerləşdiriliblər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler