» » Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib

Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib

Bölmə: Dünya
Rusiya Xəzər donanmasının dəniz piyadaları təlimlər keçirib
Rusiya Xəzər donanmasının dəniz piyadaları döyüş hazırlığının komandan tərəfindən qəfil yoxlanılması çərçivəsində şərti terrorçuları məhv ediblər.

Xalqinfo.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin (CHD) mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.

Məlumata görə, Rusiya Xəzər donanmasının gəmiləri Cənub Hərbi Dairə qoşunlarının komandanı, general-polkovnik Aleksandr Dvornikovun rəhbərliyi altında açıq dənizə çıxıb.

Təlimlərdə “Tatarstan” və “Dağıstan” raket gəmiləri daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edir. Təlimlərə həmçinin 1000-dək hərbçi cəlb olunub.

“Qəfil yoxlama çərçivəsində Xəzər donanmasının dəniz piyadaları batalyonu “Adanak” poliqonunda döyüş atışı ilə müşayiət edilən təlimlər keçirib. Təlimlərdə 500-dən çox hərbçi və 100-dək döyüş və xüsusi texnika iştirak edib. Təlimlər zamanı hərbçilər gizli irəliləmə, qanunsuz silahlı birləşmələrin aşkarlanması, bloklanması və məhv etdirilməsi üzrə tapşırıqları icra ediblər”, - deyə məlumatda bildirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler