» » Fransada seçkidən sonra etirazlar:

Fransada seçkidən sonra etirazlar: 29 nəfər həbs edilib

Bölmə: Dünya
Fransada seçkidən sonra etirazlar:
Fransanın paytaxtı Parisdə birinci tur prezident seçkilərinin ilkin nəticələri elan olunduqdan sonra baş verən etirazlarda 29 nəfər həbs edilib.

Xalqinfo.az “Ria Novosti” yə istinadən xəbər verir ki, nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda 9 nəfər xəsarət alıb. Onlardan 6-sı polis, 3-ü mülki şəxsdir.

Aksiya iştirakçıları bankların və polis avtomobillərinin şüşələrini sındırıblar Etirazçılar, həmçinin asayiş keşikçilərinə şüşə qablar atıblar.

Qeyd edək ki, ötən gecə Bastiliya meydanından başlanan etirazlar səbəbindən küçələr bağlanıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan, dəyənək, gurultulu və tüstü buraxan şaşkadan istifadə edib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler