» » Hindistanda avtobus çaya düşüb:

Hindistanda avtobus çaya düşüb: Ölənlər var

Bölmə: Dünya
Hindistanda avtobus çaya düşüb:
Hindistanın şimalında avtobus çaya düşüb, ən azı 44 nəfər ölüb.

Xalqinfo.az xəbər verir ki, bu barədə RİA Novosti ANI agentliyinə istinadən məlumat yayıb.

Hadisə Şimla dairəsində Tons çayı yaxılığında baş verib.

Agentliyin məlumatına görə, avtobusda 50-dən çox sərnişin olub. Qəzanın digər detalları məlum deyil.

Yolların pis vəziyyəti və mövcud olan sıxlıq, eləcə də məsuliyyətsiz idarəetmə Hindistanda tez-tez qəzalara səbəb olur. Rəsmi statistikaya görə, hər gün 400 hindistanlı yol qəzalarında ölür, il ərzində bu rəqəm 150 minə çatır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler