» » Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər

Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər

Bölmə: Dünya
Şimali Koreya rəsmisi: Nüvə müharibəsi hər an başlaya bilər
Şimali Koreyanın BMT yanında daimi nümayəndəsi Kin İn Ren bəyan edib ki, ABŞ-ın Koreya yarımadasındakı əməliyyatları nəticəsində nüvə müharibəsi istənilən an başlaya bilər.

Xalqinfo.az xəbərinə görə, bu barədə o, mətbuat konfransının gedişatında bildirib.

Diplomat ABŞ-ı regionda təhlükəli vəziyyət yaradan addımlardan çəkinməyə çağırıb.

“Pxenyan öz tərəfindən Vaşinqtonun istənilən aqressiv addımlarına qarşı cavab addımı atmağa hazırdır”, - Şimali Koreyanın rəsmisi bəyan edib.

Onun sözlərinə görə, Şimali Koreyaya sanksiyaların tətbiqi ölkənin müstəqilliyinin pozulmasıdır. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası ABŞ adından hərəkət edir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler