» » Myanmada su festivalı zamanı 285 nəfər ölüb

Myanmada su festivalı zamanı 285 nəfər ölüb

Bölmə: Dünya
Myanmada su festivalı zamanı 285 nəfər ölüb
Myanmada Yeni ilin gəlişini bildirən əsas milli bayram - Tincan su festivalı zamanı bütün ölkə üzrə baş verən müxtəlif hadisələr nəticəsində azı 285 nəfər ölüb, mindən çox insan xəsarət alıb.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, dörd gün keçirilən bayram ərzində qətl, yol qəzası, narkotik maddə qəbulu, oğurluq və zorakılıq faktları ilə bağlı ümumilikdə 1200 cinayət işi qeydə alınıb.

Tincan aprelin ortalarında - Günəş Balıq bürcündən Qoç bürcünə keçən zaman qeyd olunur. Bayram Myanmanın buddizm ənənələrinin ayrılmaz hissəsidir. Yerli inanclara görə, su, bayram zamanı insandan bütün günah və xəstəlikləri yuyaraq ona sevinc və uğur gətirir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler