» » Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması... –

Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması... – VİDEO

Bölmə: Dünya
Qorbaçovdan III Dünya Müharibəsi açıqlaması... –
Keçmiş SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Ukrayna hadisələrinin alovlanmasında ABŞ hərbçilərinin maraqlı olduğunu dilə gətirib.

O, bu barədə İsveçrə telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, həmin şəxslər münaqişədə olan tərəflərə silah satmaqla və tarixin arxivinə atılmış “silahlanma yarışı”nı bərpa etməklə, bu müharibədə “əllərini isindirmək” istəyirlər.

Hazırda qlobal arenada həyata keçirilən siyasəti ciddi tənqid edən Qorbaçov bildirib ki, "soyuq müharibə" dönəmindən sonra dünya ölkələri sülh şəraitində yaşamağın mümkünlüyünə yavaş-yavaş alışmışdılar:

“Lakin silah dəllalları hər vəchlə bu sabitliyi pozmağa çalışırlar. Bizləri də III Dünya Müharibəsinin hər an başlayacağı ilə təhdid edirlər və insanları bu təhlükəyə vərdiş etdirirlər”.

Xatırladaq ki, Qorbaçovun müsahibədəki bəzi fikirlər Avropada ciddi rezonansa səbəb olub (axar.az).


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler