» » İrəvanda yürüş başladı

İrəvanda yürüş başladı

Bölmə: Dünya, GÜNDƏM
İrəvanda yürüş başladı
Hazırda Ermənistan paytaxtında “Sosna Tser” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sərkisyanın ölümünə etiraz olaraq növbəti aksiyası keçirilir.

Xalqinfo.az məlumatına görə, Dəmirçyan adına idman-konsert kompleksindən başlayan yürüş Lukaşina 152 ünvanında yerləşən “San Lazar”mərasim zalına qədər davam edib. Əllərində gül, “çörəkdaşıyan”ın şəkillərini tutmuş aksiya iştirakçıları saat 18.00-da Sərkisyan üçün dua edəcəklər. Saat 19-da isə Azadlıq meydanında şamlar yandırılacaq. Qeyd edək ki, A.Sərksiyan sabah Şaumyan qəbristanlığında dəfn ediləcək. Hakimiyyət aksiya iştirakçılarının siyasi tələbləri kimi, onun Qarabağ müharibəsində öldürülənlərin dəfn olunduğu qəbristanlıqda basdırılmasına icazə verməyib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler