» » Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Rusiyadakı səfirini geri çağırdı

Bölmə: Dünya
Moldova Rusiyadakı səfirini geri çağırdı
Moldovanın Rusiyadakı səfiri Dmitriy Braqiş vəzifəsindən geri çağırılıb.

Xalqinfo”nun “Rbc.ru”ya istinadən verdiyi məlumata görə, Baqişin geri çağırılması təşəbbüsünü Xarici işlər nazirinin müavini Daniela Morar Nazirlər Kabinetinin iclasında irəli sürüb.

Bu qərarın hansı səbəbdən verildiyi haqda məlumat yoxdur.

D. Braqiş xəbəri nə təsdiq, nə də təkzib edib: “Mən bu informasiyaya şərh verə bilmərəm”.

Qeyd edək ki, Dmitriy Braqiş Moldovanın Moskvadakı səfiri postuna 2015-ci ilin oktyabrında təyin olunub. Buna qədər o, 1999-2001-ci illərdə baş nazir vəzifəsini icra edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler