» » Prezidentin qardaşını öldürən qadınlar məhkəmədə -

Prezidentin qardaşını öldürən qadınlar məhkəmədə - “90 dollar aldım”

Bölmə: Dünya
Prezidentin qardaşını öldürən qadınlar məhkəmədə -
Şimali Koreya liderinin qardaşı Kim Çen Namı öldürməkdə şübhəli bilinən iki qadın məhkəmə qarşısına çıxarılıb.

Xalqinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayətləri sübuta yetirilərsə 25 yaşlı İndoneziya vətəndaşı Siti Ayşe və 28 yaşlı Vyetnam vətəndaşı Doan Txi Xuonu ölüm hökmü gözləyir. Qadınlar məhkəməyə gücləndirilmiş mühafizə və qandallarda aparılıblar.

Xatırladaq ki, cinayət yerindən əldə edilən videoda iki qadının Kim Çem Nama yaxınlaşaraq üzünə nə isə tökdükləri görüntülənib. Hadisədən 15-20 dəqiqə sonra o, xəstəxanaya gedən yolda dünyasını dəyişib. Malayziya hökuməti bəyan edib ki, qadınlar prezidentin qardaşını kimyəvi silahla zəhərləyiblər.

Siti Ayşa bildirib ki, Kim Çen Namın üzünə "zarafatla uşaq yağı" tökməsi üçün ona 90 ABŞ dolları verilib və bütün baş verənlərin sadəcə kamera zarafatı olduğunu düşünüb.

Qeyd edək ki, Kim Çen Nam 2000-ci illərin əvvəllərində Kim Çen İrin varisi hesab edilirdi, lakin atası ilə dalaşdıqdan sonra ölkəni tərk edib. O, Şimali Koreyada mövcud rejimi tənqid etməsi, həmçinin hakimiyyətin vərəsəliklə ötürülməsinə etirazı ilə yadda qalıb.

Prezidentin qardaşını öldürən qadınlar məhkəmədə -
Prezidentin qardaşını öldürən qadınlar məhkəmədə -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler