» » Gürcüstan rus Su-25-lərindən imtina edir

Gürcüstan rus Su-25-lərindən imtina edir

Bölmə: Dünya
Gürcüstan rus Su-25-lərindən imtina edir

Gürcüstan Su-25 təyyarələrini saxlamaqdan imtina edir.

Xalqinfo.az xəbər verir ki, bunu “Arsenali” jurnalına müsahibəsində Gürcüstanın Baş Qərargah rəisi Vladimir Çaçibaya söyləyib. O, Tiflis üçün Su-25-ləri döyüş vəziyyətində saxlamağın çox çətin olduğunu söyləyib:

“Bu təyyarələrin detalları üçün əsas bazar Rusiyadır. Bizim bu bazara girişimiz yoxdur. Digər bir məsələ isə bu təyyarələrdən effektli istifadə edilməməsi ilə bağlıdır. Biz bilirik ki, Rusiya yenidən hücum edəcəyi təqdirdə bizim aviasiyamızın şansı olmayacaq. Bu da daha çox Rusiyanın Abxaziya və Samaçablo ərazilərində yerləşdirdiyi raketdən müdafiə sistemi ilə əlaqədardır. Bizim təyyarələr havaya qalxdıqdan cəmi 10 dəqiqə sonra Moskva onları yox edə biləcək. Gürcüstan ordusu demək olar ki, heç vaxt Su-25-lərdən istifadə etməyib. Onlar hər zaman yerdə qalıblar ki, bu da büdcədən əlavə xərcləmələrə səbəb olub. Biz bu təyyarələri pilotsuz uçan aparatlarla əvəz etmək istəyirik”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler