» » Rusiyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası

Rusiyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası

Bölmə: Dünya, GÜNDƏM
Rusiyanın Ankaradakı səfirliyinin qarşısında etiraz aksiyası
Rusiyanın Ankaradakı səfirliyinin qarşısında Krımın Rusiyaya birləşdirilməsinin üçüncü ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib.

Xalqinfo.az xəbər verir ki, aksiya Krım tatarları QHT-lərinin Assosiasiyası tərəfindən təşkil olunub. Mitinqə Türkiyənin müxtəlif bölgələrində yaşayan onlarla etnik tatar qatılıb.

Assosiasiya rəhbəri Tuncər Kalkanın sözlərinə görə, Krım və Krım tatarları heç vaxt işğalla barışmayacaqlar, yarımadanın Rusiyaya birləşdirilməsinə qarşı isə etiraz aksiyaları bundan sonra da davam etdiriləcək.

Etirazçılar Moskvanın Ukraynaya qarşı sürdüyü siyasətə etiraz olaraq Rusiya səfirliyinin binası qarşısına qara gül çələngi qoyublar.

Qeyd edək ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Ankara-Moskva münasibətlərinin normallaşmasına baxmayaraq iki ölkə arasında, Krım məsələsi də daxil olmaqla, prinsipial məsələlər üzrə fikir ayrılığının olduğunu qeyd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler