» » ABŞ-da bir sıra aparıcı KİV nümayəndələri Ağ Evin brifinqinə buraxılmayıb

ABŞ-da bir sıra aparıcı KİV nümayəndələri Ağ Evin brifinqinə buraxılmayıb

Bölmə: Dünya
ABŞ-da bir sıra aparıcı KİV nümayəndələri Ağ Evin brifinqinə buraxılmayıb
ABŞ-ın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Ağ Evin gündəlik brifinqinə buraxılmayıb.

"Xalqinfo"nun xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib.

Məlumata əsasən, CNN-dən başqa “New York Times”, “Politico”, “Los Angeles Times" qəzetləri də brifinqdən kənarda qalıb.

Bundan əvvəl heç vaxt belə hadisənin baş vermədiyini bildirən telekanal qeyd edir ki, jurnalistlərin brifinqə buraxılmamasının səbəblərini Ağ Ev açıqlamayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün bəzi ABŞ KİV-lərini “xalqın düşməni” adlandırıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler