Eyni libası dəfələrlə geyinməkdən bezməyən şahzadə - FotolarBölmə: Dünya
Eyni libası bir neçə dəfə geyinməsi ilə tanınan İngiltərə şahzadəsi Keyt Milddlton qırmızı rəngli kostyumunu dördüncü dəfə geyinib. “Xalqinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, Kembric düşesi Luisa Spagnolinin hazırladığı qırmızı pencək və ətəkdən ibarət kostyumunu orta məktəblərdən birinə ziyarəti zamanı geyinməklə bununla 6 il ərzində o libasdan 4-cü dəfə istifadə etmiş olub. Belə ki, o, qara kəmərli kostyumunu ilk dəfə 2011-ci ilin fevralında şahzadə Vilyamla nişanlandıqdan sonra krallıqda qatıldığı ilk tədbirə geyinib. Middlton bu libası ikinci dəfə 2014-cü ildə geyinib. Yeni Zellandiyada Kraystçerçi ziyarəti zamanı kriket oynayarkən də üzərində bu libas olub. 2015-ci ildə kraliçanın Yeni ildən öncə verdiyi yemək ziyafətində Keytin üzərində yenə bu kostyum var idi. Xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|