» » Hollivud ulduzları Trampa qarşı:

Hollivud ulduzları Trampa qarşı: “O, “Taxt Oyunları” serialında...”

Bölmə: Dünya
Hollivud ulduzları Trampa qarşı:

ABŞ-ın yeni prezidenti Donald Tramp aktrisa Meril Stripin “Qızıl Qlobus” mükafatının verilməsinin 74-cü mərasimində səsləndirdiyi ittihamlara cavab verib.

Xalqinfo.az xəbər verir ki, Tramp mərasimdə onu tənqid edənləri “kino aləminin liberalları” adlandırıb və tənqidlərdən təəccüblənmədiyini bildirib.

“Meril Strip Hillari Klintonu dəstəkləyirdi. Həmçinin, oradakı insanların bir çoxu Klintona dəstək verirdi”, - deyə o bildirib və əlavə edib ki, M.Stripin nitqinə qulaq asmayıb.

Qeyd edək ki, yanvarın 8-də Los-Ancelesdə keçirilən “Qızıl Qlobus” mükafatının verilməsi mərasimində M.Strip Trampı sərt tənqid edib. Xatırladıb ki, Donald Tramp əlil jurnalist olan Serj Kovaleskini lağa qoyub.

“Əlil jurnalisti lağa qoyan bir insanın ölkənin əsas postunu tutması qəbuledilməzdir”, - deyə o bildirib.

Amerikalı komediyaçı Cimmi Fellon isə Trampı “Taxt oyunları” serialında Coffri Barateonom obrazı ilə müqayisə edib.(publika)


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler