» » “Müxalifətlə dialoqa hazıram” -

“Müxalifətlə dialoqa hazıram” - Əsəddən gözlənilməz çıxış

Bölmə: Dünya
“Müxalifətlə dialoqa hazıram” -

“Suriya ilə bağlı Astanada keçiriləcək danışıqların nəticəsi orada hansı müxalifətin iştirak etməsindən asılıdır”.

Xalqinfo” xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsəd fransız KİV-nə müsahibəsində deyib:

“Qarşı tərəfdən kim olacaq? Biz hələ də bilmirik...Həqiqi Suriya müxalifəti olacaqmı? Mən “əsl müxalifət” deyəndə kökləri Suriyadan olanları nəzərdə tuturam, səudiyyə, fransız və ya britaniyalılardan təşkil olmuş müxalifəti deyil. Uğurun sirri bundadır”.

Bəşər Əsəd, həmçinin danışıqlara hazır olduğunu deyib. Onun sözlərinə görə, dialoq üçün Dəməşq tərəfindən heç bir maneə yoxdur.

Suriya lideri Qazaxıstanın paytaxtı Astanada yanvarın 23-ü başlayacaq sülh görüşlərində hər məsələni müzakirə etməyə hazır olduğunu vurğulayıb.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler