» » Qar təmizləyəndə 120 minlik qızıl tapdı -

Qar təmizləyəndə 120 minlik qızıl tapdı - sahibinə qaytardı

Bölmə: Dünya, MARAQLI
Qar təmizləyəndə 120 minlik qızıl tapdı -

Türkiyədə 2 gündür ki, güclü qar yağır. Bəzi yerlərdə 1 metrdən artıq qar olduğu deyilir.

Qar bürümüş yolları isə təmizləmək bələdiyyə işçilərinə düşür.

Xalqinfo.az musavat.com-a istinadən bildirir ki, belə bir təmizlik zamanı maraqlı hadisə baş verib.

Qar yağışı sonrası bağlanan yolu açmaq üçün iş aparan bələdiyyə işçisi 45 yaşlı Təkin Arslan qutu içində 6 ədəd, hər biri 20 min türk lirəsi dəyərində qızıl bilərzik tapıb. Qızılların kimə aid olduğunu aşkar edib və onları sahibinə verib.

Məlum olub ki, qızılların sahibi Mustafa Zengin adlı şəxsdir. O, evdəki qızılları satmaq üçün zərgərə aparıb. Amma intensiv qar yağışı səbəbi ilə zərgərlər qapalı olub və M.Zengin geri dönməli olub.

Zengin evə qayıdarkən qızılları cibindən salıb. Evə çatanda isə qızılları itirdiyinin fərqinə varıb. Geri dönüb, hər yeri axtarıb, amma tapmayıb. Bu haqda polisə məlumat verən Zengin kor-peşman evinə dönüb.

Qızıllarının tapıldığını eşidən Zengin onu tapan şəxsə təşəkkür edib. Xeyirxah əməlin sahibi, bələdiyyədə fəhlə işləyən Təkin Arslan: "Tapdığım sandığı açanda qızılları gördüm. Polisə aparıb vəziyyəti izah etdim. Qızılların sahibini tapdılar, təslim etdim", - deyib.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler