» » Tramp ABŞ kəşfiyyatına rəhbər

Tramp ABŞ kəşfiyyatına rəhbər TƏYİN ETDİ

Bölmə: Dünya
Tramp ABŞ kəşfiyyatına rəhbər

ABŞ-ın yeni prezidenti Donald Tramp İndiana ştatından olan sabiq senator Deniel "Den" Koutsu ölkənin Milli Kəşfiyyatına direktor təyin edib.

Xalqinfo.az CBN-ə istinadən bildirir ki, Tramp deyib: "Tam əminəm ki, senatoi Den Kouts milli kəşfiyyatın direktoruu postuna doğru seçimdir. Kouts peşəkar sahələrdə dərin biliklərini və kəşfiyyat qurumuna rəhbərlki etmək üçün vacib olan sağlam düşüncəni nümayiş etdirib".

Kouts bu qərar üçün D.Trampa minnətdarlıq edərək deyib: "Amerikanın təhlükəsizliyini təmin etməkdən böyük prioritetim yoxdur. Birləşmiş Ştatların təhlükəsiz olması üçün əlimdə olan bütün imkanlardan istifadə edəcəyəm".

73 yaşlı Den Kouts 10 il İndiana ştatından senator olub və Senatın kəşfiyyat komitəsində yer alıb. Corc Buşun prezilentliyi dönəmində o, ABŞ-ın Almaniyadakı səfiri idi.(Milli.Az)

Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler