DÜNYA “Rustavi 2” televiziyasının baş direktoru döyüldüBölmə: Dünya
Bu gün Tbilisidəki restoranlardan birində "Rustavi 2" telekanalının baş direktoru Nika Qvaramiyanın döyülməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb. "Xalqinfo" virtualaz.org-a istinadən bildirir ki, zərərçəkənin jurnalistlərə bildirdiyinə görə, restoranın zalında qəflətən işıqlar söndürülüb və kimsə onun başına ağır əşya ilə zərbə endirib. Qvaramiyanın sözlərinə görə, onunla bir masa arxasında oturmuş dostu da hücuma məruz qalıb. "Düşünürəm ki, poli üçün hücum edənləri tapmaq elə də çətin olmayacaq, çünki restoranda müşahidə kameraları işləyir, - Qvaramiya deyib. - Hər şey edəcəyəm ki, cinayətkarlar cəzalarını alsınlar". Əlaqə üçün E-mail: xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|