» » 7 nəfər şaxtalı havanın qurbanı oldu

7 nəfər şaxtalı havanın qurbanı oldu

Bölmə: Dünya
7 nəfər şaxtalı havanın qurbanı oldu

Apennin yarımadasında yeddi nəfər Yeni il şaxtasının qurbanı olub.

Xalqinfo.az “TASS”-a istinadən xəbər verir ki, şənbə günü Milanın cənubundakı binalardan birində 66 yaşlı polyakın cəsədi aşkar edilib. Cəsədi tapılmış daha bir nəfər isə 49 yaşlı Rumıniya vətəndaşıdır. Hər iki şəxsin evsiz olduğu bildirilir.

Arktik siklonu ölkənin bütün ərazisinə, xüsusən Adriatik dənizi sahilinə və mərkəzi İtaliya dağlarına şaxta və qar gətirib. Qatarlar böyük yubanmalarla hərəkət edir. Keçən il zəlzələdən zərər çəkmiş rayonlara giriş çətinləşib.

Meteoroloji xidmətlərin məlumatına görə, Alp dağlarında havanın temperaturu mənfi 27 dərəcəyə qədər enib. Digər ərazilərdə, o cümlədən Romada havanın temperaturu mənfi 5 dərəcə təşkil edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler